Yuxarı

ARDNŞ-dən 800-dək neftçinin ixtisarıyla bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb".

Bunu Axar.az a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev tabeliklərində olan iki zavodda 800-ə yaxın işçinin ixtisara düşəcəyi ilə bağlı məlumata açıqlama verərkən deyib. Onun sözlərinə görə, adı çəkilən "Azərneftyağ" və Heydər Əliyev adına Neft Emalı zavodlarında hər hansı bir struktur dəyişikliyi qeydə alınmayıb:

"Bu gün "Azərneftyağ" və Heydər Əliyev adına Neft Emalı zavodlarında işçilərin ixtisarı ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Həmin adı çəkilən idarələr ilə əlaqə saxlamışam. Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb. Heç bir işçiyə heç bir söz deyilməyib".

Amma ARDNŞ rəsmisi struktur dəyişikliyinin aparılacağını deyib:

"Dövlət Neft Şirkətində zaman-zaman struktur dəyişiklikləri aparılır. Bunun başlıca səbəbi şirkətlərimizin beynəlxalq şirkətlər səviyyəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Və ona görə də şirkət və idarələrin strukturları üçpilləli sistemdən ikipilləli sistemə keçməlidir. Bu da təbii ki, müəyyən işçilərin sərbəstləşməsinə gətirib çıxarır. Struktur təkmilləşdirilməsi davam edəcək. Amma konkret olaraq hansı idarədə və hansı səviyyədə olacağı bəlli deyil".

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ARDNŞ-in tabeliyindəki zavodlarda ixtisarların olacağı ilə bağlı informasiya yayıb. Hüquq müdafiəçisi bildirib ki, aparılacaq struktur islahatları ilə bağlı "Azərneftyağ" neft emalı zavodundan 420, Neft Emalı zavodundan isə 300-dən artıq işçi ixtisara düşəcək. Ümumilikdə isə ilin sonunadək neft sektorunda 1500-ə yaxın neftçi işini itirəcək.

Tarix
2014.06.11 / 22:12
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla