Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


“Əliyev Qarabağ üçün ciddi siyasi bazarlıq aparacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Rusiyaya xırda vədlərlə güzəştə getmək niyyətində deyil".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıda aparacağı müzakirələri şərh edərkən bildirib. O, rəsmi Moskvanın Qarabağı geri qaytarmaqla Bakıda indiyə qədər itirdiyi etimadı bərpa etməyə çalışmalı olduğunu deyib:

"Lavrovun səfəri ilə əlaqədar məsələlər daha çox aydınlaşmağa başlayır. Rusiya Azərbaycanla Avrasiya İttifaqına üzvlüklə bağlı məsələni müzakirə etmək istəyir. Bu, Rusiyanın İqtisadiyyat nazirinin bir müddət əvvəl Azərbaycana səfəri zamanı da müzakirə edilmişdi. Lavrov təbii ki Azərbaycanla Avrasiya İttifaqına üzvlük məsələsini müzakirə edəcək. Amma Lavrov yaxşı bilir ki, bu məsələnin müzakirəsinin qarşılığında Azərbaycanın da öz təklifləri var. Söhbət Dağlıq Qarabağ və Rusiyanın onun geri qaytarılması üçün Azərbaycana verəcəyi təminatdan gedir. Rəsmi Moskva bununla indiyə qədər itirdiyi etimadı bərpa etməyə çalışmalıdır. Burada məsələ siyasi sövdələşmədən gedir. Bu sövdələşmədə təbii ki, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun taleyi məsələsi olacaq. Mənə elə gəlir ki, yeddi rayon məsələsində Rusiyanın heç bir tərəddüdü olmayacaq. Dağlıq Qarabağın statusu və ona muxtariyyat verilməsi məsələsi ciddi müzakirə obyekti ola bilər. Yəni Qarabağ Azərbaycanın tərkibində qalır və müdafiə, xarici siyasət, maliyyə yalnız Bakıya aid olur. Bütün bunlar təbii ki, Ermənistanın ciddi müqavimətinə səbəb olacaq".

Politoloq Azərbaycanla Rusiya arasında ciddi siyasi bazarlığın olacağını söyləyib:

"Ermənilər onsuz da Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana aid olduğunu qəbul edirlər. Əsas məsələ Dağlıq Qarabağdır. Lavrovla da müzakirədə əsas məsələ Dağlıq Qarabağın statusu və rus sülhməramlılarının burada yerləşdirilməsi olacaq. Məhz ikinci məsələdə ciddi fikir ayrılıqları var. Burada ciddi siyasi bazarlıqdan söhbət gedir. Mən fikirləşirəm ki, hazırda kompromisin əldə edilməsi üçün ideal şərait yaranıb. Çünki ilk dəfədir ki, Rusiya ciddi kompromislərə getməyə hazır olduğunu bəyan edir. Buna görə də Azərbaycandan müəyyən kompromisləri tələb edir. Söhbət nəyin güzəşt edilməsindən gedir. Azərbaycan isə xırda vədlərlə güzəştə getmək niyyətində deyil".

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun 17-18 iyunda Bakıya səfəri baş tutacaq.

Tarix
2014.06.12 / 17:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının siyasəti: Artıq İran və Rusiya İrəvanla deyil…

Paşinyan Qarabağın həllinə hazırdırmı? - Açıqlama

İran Baş Qərargah rəisinin Bakıda Qarabağ bəyanatı... – Şərh

Prezident güc strukturlarında da islahata başladı – Fərman

Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi

Prezident fərman verdi: Bu institutlar birləşir

Ləğv edilən qurumlara bu il ayrılan milyonlar... - İqtisadçı

Lavrovun Bakını tərifləməsi... - Açıqlama

Hava normaldır: Sabah dərs olacaq?

Qasırğa zamanı təhükədən necə qorunmaq olar?

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla