Yuxarı

İlham Əliyev Reuven Rivlini və Kraliça II Elizabeti təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Reuven Rivlini və Kraliça II Elizabeti təbrik etdi

16:36

Azərbaycan prezidenti İlham Əliyev İsrail dövlətinin yeni seçilmiş prezidenti Reuven Rivlini təbrik edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli cənab Rivlin, İsrail dövlətinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

19:05

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ölkələrimizi birləşdirən dövlətlərarası münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, səmərəli iqtisadi əməkdaşlığın və çoxşaxəli mədəni mübadilələrin möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir".

İlham Əliyev II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və rifah diləyib.

Tarix
2014.06.13 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla