Yuxarı

Vətəndaşlıqdan çıxarma konstitusiyaya ziddir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər hər hansı şəxs vətənə xəyanət edibsə və buna görə məhkum olunubsa, artıq əməlinə görə cəzasını alıb".

Bunu Axar.az-a Parlamentin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna edilən dəyişikliklərlə bağlı məsələlərə aydınlıq gətirən konstitusiya və media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli bildirdi:

"Bu təklif gündəmə gəlməsindən bəri kifayət qədər narahatlıq yaradıb. Belə ki, konstitusiyada göstərilib ki: "heç bir hal Azərbaycan vətəndaşının vətəndaşlıqdan çıxarılmasına əsas ola bilməz". Düşünürəm ki, konstitusiya norma baxımından Konstitusiya Məhkəməsinin rəyi ilə mümkün olmalıdır və parlament bu qanun təklifini qəbul etməzdən öncə Konstitusiya Məhkəməsinin rəyini almalı idi. Ola bilər ki, hansısa tənzimləmələr lazım olsun və bu tənzimləmələr həmişə mümkündür. Amma həmin tənzimləmələr heç bir halda bütünlüklə hüquqi məhdudlaşdırıcı xarakterdə olmamalıdır.

İndiki halda orda bir müddəa var ki, Azərbaycanın mənafeyinə ziyan vurduqda, mənafeyə zidd hərəkətlə məşğul olduqda vətəndaşlıqdan çıxarılması ilə bağlı məsələ müzakirə edilə bilər".

Ekspert hesab edir ki, bu, konstitusiyanın pozulmasıdır:

"Amma bunu kim müəyyən edəcək, necə müəyyən edəcək, cinayət məcəlləsində belə bir hüquq pozuntusu varmı?! Faktiki olaraq əgər hər hansı şəxs vətənə xəyanət edibsə və buna görə məhkum olunubsa, demək, artıq əməlinə görə cəzasını alıb. Bunu vətəndaşlıqdan da çıxarılması konstitusion norma deyilsə, təzədən belə bir normanı konstitusiyaya qoymanız mümkündürmü? Əlbəttə ki, bu, konstitusiyaya ziddir. Ona görə də bu son dəyişiklik paketi son dərəcə çox ciddi müzakirəyə ehtiyacı olan və konstitusiyaya uyğunluq baxımından da ciddi şəkildə araşdırılması zəruri olan məqamdır və parlamentin belə tələsik qərar qəbul etməsini arzu eləmirəm.

Əgər bu qanun hüquqi qüvvəyə minərsə, bununla bağlı hüququ pozulan şəxs əvvəlcə bunu məhkəmədə mübahisələndirsin, sonra Konstitusiya Məhkəməsinə getsin. Ya da vətəndaşların birbaşa hüququ pozularsa, onlar Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Amma yenə də deyirəm ki, bu qanun mübahisəli olacaq, çünki konstitusiyada açıq norma olduğu halda konstitusiyada göstərilməyən məhdudlaşdırmaların gətirilməsi həmişə mübahisə doğuracaq".

Xatırladaq ki, mayın 30-da Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun"a edilən dəyişiklik birinci oxunuşda qəbul edilib. Qanunun 6-cı maddəsinin birinci bəndinin, yəni doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərin siyahısından çıxarılıb.

Tarix
2014.06.13 / 18:42
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla