Yuxarı

Polisin məmuru qoruma cəhdi alınmadı: prokuror işə qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu"ASC-nin mühəndisi Vüqar Musayevin Şəki şəhər sakini Məlaikə Kərimovanı maşınla vuraraq sonradan məsuliyyətdən yayınması barədə xəbər yayılandan sonra Şəki Rayon Prokurorluğu işə müdaxilə edib.

Axar.az xəbər verir ki, Şəki rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Vüqar Hacıyevin imzası ilə ailəyə göndərilən məktubda cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçı Taryel Qafarovun qəbul etdiyi qərarın qanunsuz olduğu bildirilib:

"Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəki Şəhər Polis Şöbəsinin təhqiqatçısı Taryel Qafarovun qəbul etdiyi 20.05.2014-cü il tarixli qərar əsassız və qanunsuz olduğundan 10 iyun 2014-cü il tarixli qərarla ləğv edilərək material əlavə araşdırılma aparılması üçün Şəki Şəhər Polis Şöbəsinə qaytarılıb".

Xatırladaq ki, M.Kərimovanın avtomobil qəzası nəticəsində xəsarət alması ilə bağlı Şəki ŞRPŞ-nin təhqiqatçısı Taryel Qafarov araşdırma aparıb. Onun 20.05.2014-cü il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanması rədd edilib. Materiallar baxılması üçün Şəki Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü V.Musayev İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə 200 manat cərimə edilib.

Buna görə də zərərçəkənin qızı Könül Kərimova Axar.az-a hadisəni danışmış və işin obyektiv araşdırılması üçün yuxarı dövlət orqanlarına müraciət etmişdi.

Tarix
2014.06.15 / 18:33
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla