Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Qərb Türkiyəyə qarşı bu tərbiyəsizliyi də etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın qardaş Türkiyəyə qarşı çirkin siyasəti davam edir. Son olaraq, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğanın adının yer alması rəsmi Ankara ilə Qərbi üz-üzə qoyub.

Norveç və NATO-nun qardaş ölkədən üzr istəməsinə baxmayaraq, Ankara Cümhuriyyət Prokurorluğunda cinayət işinin başladılması, Türkiyənin NATO təlimlərində iştirak edən hərbiçilərini geri çağırması gərginliyi pik həddə çatdırıb. Xüsusilə, təxribatın günlər öncə Ərdoğanın Rusiya səfərindən sonraya və yenidən bu ölkəyə gedərək üçlü formatda (Ərdoğan-Putin-Ruhani) görüşə qatılacağı haqda dediklərindən sonraya təsadüf etməsi NATO-nun timsalında xristian dünyasının Türkiyəyə qarşı nə qədər xain mövqedə olduğunu çılpaqlığı ilə ifşa edib.

Politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Türkiyənin son dövrlədə atdığı bütün addımlar ölkənin ərazi bütövlüyünün qorunmasına, bir dövlət kimi öz nüfuzu və mövqelərinin qorunub-saxlanılmasına xidmət edir:

“İndi elə bir mərhələ formalaşıb ki, müasir dövrdə hər bir dövlət ilk növbədə, öz təhlükəsizliyi barədə düşünür. Bu baxımdan Türkiyə üçün öz təhlükəsizliyini qorumaq vacib şərtlərdən biridir. NATO ilə Türkiyə arasındakı gərginlik son dövrlərdə Türkiyə-Rusiya arasındakı əməkdaşlıq müstəvisində yaranıb. Türkiyənin Rusiyadan S-400 raketlərini alması NATO tərəfindən narahatlıqla qarşılanıb. Türkiyənin öz silah arsenalını genişləndirməsi bir ölkə kimi onun səlahiyyətlərinə aid olan məsələdir. Türkiyənin NATO qarşısında bu və ya digər dövlətdən silah almaması ilə bağlı hər hansı bir öhdəliyi yoxdur.

Türkiyə indiki vaxtda, xüsusilə, regionda proseslərin getdikcə gərinləşdiyi bir dövrdə öz silah arsenalını genişləndirirsə, bu onun üçün vacib şərtlərdən biridir. NATO təlimləri zamanı Atatürk və Ərdoğanın şəkillərindən hədəf kimi istifadə olunması qənaətimə görə çox yanlış bir addımdır. Burada təxribat xarakterli məqamlar daha çox nəzərə çarpır. Ola bilsin ki, bu təxribat xarakterli məqamlarda Türkiyə-NATO münasibətlərinin gərginləşməsini istəyən üçüncü tərəfin əli var. Türkiyə artıq öz hərbiçilərini geri çağırıb, NATO siyasi rəhbərliyi də artıq üzr istəyib. Belə bir halın baş verməsi çox təəssüfedicidir, həm Türkiyənin indiki rəhbərinə, həm də ölkənin qurucusuna qarşı atılan addımdır. Bu Türkiyənin bir dövlət kimi aşağılanması xarakteri daşıyır. Bütövlükdə bu addım NATO-nun prinsiplərinə uyğun gəlmir. Nədənsə sovet dövrünü xatırladım. Mən Türkiyə ilə həmsərhəddə xidmət etmişəm.

Həmin vaxt türk əsgərinin şəkli böyük formada asılmışdı, üzərində “Bu sizin düşməninizdir” sözləri yazılmışdı. Sovet hərbiçilərinə Türkiyəni NATO üzvü kimi düşmən şəklində qələmə verirdilər. Təəssüflər olsun ki, bu gün eyni addımı Türkiyənin özünə qarşı NATO hərbi komandanlığında çalışan şəxslər atırlar. Bu böyük bir təxribatdır. Düşünrəm ki, bu təxribatın aradan qaldırılması, aydınlaşdırılması üçün bundan sonra da addımlar atılacaq. Türkiyə-NATO münasibətləri də spesifik xarakter daşıyır. NATO Türkiyəyə nə qədər lazımdırsa, Türkiyə də NATO-ya o qədər lazımdır, bəlkə də daha çox lazımdır. Bu aspektdən bu münasibətlərin indiki vaxtdan daha aqressiv mərhələyə qədəm qoyacağını düşünmürəm”.

Politoloq təxribatın Ərdoğanın Rusiya səfərindən sonraya təsadüf etməsinə də toxunub: “Təlimlərin keçirilməsi öncədən planlaşdırılmışdı. Bu baxımdan Türkiyə və Rusiya prezidentlərinin görüşünə aid olduğunu düşünmürəm. Amma təlimlərdə baş verən hadisə ola bilsin ki, hansısa bir mesaj xarakteri daşısın. Lakin bu barədə konkret bir fikir söyləmək çox çətindir”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli təxribatı tərbiyəsizlik adlandırıb:

“Norveçdə baş verən son proses heç bir siyasi etiketə sığmır. Özü də müttəfiqinə qarşı etiketə ümumiyyətlə sığmır. Diktatura rejimləri belə müttəfiqinin əvvəlki və indiki liderlərinin şəkillərini nişan lövhəsinə qoymaqla bu cür tərbiyəsizlik etməzdi. Amma Qərb dünyası müttəfiqi Türkiyəyə qarşı bu tərbiyəsizliyi də etdi. Bu bir daha Qərbin Türkiyəyə qarşı münasibətlərdə nə qədər riyakar, qərəzli olduğunu göstərdi. Bunun bir açılımı var, Qərbin antitürk, anti-Ərdoğan aqoniyasındadır. Norveçdəki təlimdə baş verən məlum olaydan sonra türk hərbiçilərinin geri çağrılması düzgün addımdır. NATO və Norveç rəhbərlərinin Türkiyədən üzr istəməyinə baxmayaraq, bu açıq-aşkar Qərb tərəfindən Türkiyəyə qarşı edilən növbəti provakasiyadır. Bu cür provakasiyaları yenə gözləmək lazımdır. Lakin bu provakasiya osmanlıçılarla kamalistləri birləşdirdi. Türkiyədə hələ də Qərbə inanan qüvvələrə yaxşı dərs oldu ki, Qərb üçün Mustafa Kamal və ya Rəcəb Tayyib Ərdoğan fərqi yoxdur, onlar istənilən halda qüdrətli Türkiyədən qorxurlar”.

Tarix
2017.11.19 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə 2 gündən sonra savaşa girir

Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik

Lavrovun Qarabağla bağlı qətnamələrə - İkibaşlı yanaşması

OPEK Trampın istəyinə uyğun qərar verəcək – Proqnoz

Ezamiyyət xərclərinin normaları artırıldı - Dəyişiklik

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla