Yuxarı

Türkiyə səfiri açıqladı: Ərdoğanla Putin Qarabağı təkbətək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ediblər.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Türkiyənin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz bildirib.

O, noyabrın 13-də Soçidə Ərdoğanla Putin arasında yalnız təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu söyləyib: "Bildiyiniz kimi Türkiyə və Rusiya dövlət başçıları Soçidə təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Geniş tərkibdə görüşdə Qarabağ problemi müzakirə olunmayıb".

Türkiyəli diplomat prezident Ərdoğanın təkbətək görüşdə Dağlıq Qarabağ probleminin həllinin regionun inkişafı üçün vacibliyini Putinin nəzərinə çatdırıb: "Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Biz, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Münaqişənin həllinin bütünlükdə regionun inkişafına müsbət təsir edəcəyinə əminik".

H.Diriöz noyabrın 22-də Türkiyə prezidenti R.T.Ərdoğanın yenidən Rusiya səfər edəcəyini qeyd edib: "Bu dəfə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək".

Tarix
2017.11.20 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla