Yuxarı

Rusiya Qarabağa girməyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusların Qarabağda gərginlik yaradacağı inandırıcı deyil".

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc Ermənistan hökumətinin devrilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişərsə, bu, Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək:
"Bu absurd ideologiyanın reallaşması üçün erməni xalqının Rusiyadan artıq gücünün olması lazımdır. Bu da mümkün deyil.

Qarabağ məsələsinin həllində öz çıxarlarını güdən ermənilərin bu addımı Abxaziyada baş verən hadisələri yada salır. Bir ay bundan əvvəl Abxaziyada milli itaətsizlik baş verdi. Lakin nəticəsi nə oldu? Surkov və digər rus rəsmilər xalq üsyanını yerindəcə cilovlayaraq onu istədikləri səmtə yönəldə bildilər. Ona görə də Qarabağda rus qoşunlarının yerləşdirilməsi və antisərkisyan qüvvələrin onu devirərək hansısa bir qərbpərəst iqtidar formalaşdırması qeyri mümkündür. Üstəlik, rusların belə gərgin beynəlxalq vəziyyətdə burada əlavə gərginlik ocağı yaratması və Avropa ilə yeni cəbhə açaraq savaşacağı da inandırıcı görünmür".

Millət vəkili onu da qeyd etdi ki, Ermənistanda hakimiyyətin başında kim olursa-olsun, bu, Azərbaycan üçün önəmli deyil:

"Azərbaycanın dövlət quruluşu, iqtisadiyyatı və hərbi gücü bu ölkə ilə müqayisə olunmayacaq dərəcədə qat-qat üstün səviyyədədir. O ki qaldı Sərkisyan hakimiyyəti devrilərsə, yerinə Köçəryan və ya başqa birisinin gəlməsinə, bu proses heç vaxt Qarabağ məsələsinin həlli yolunda ölkəmizin atdığı mühüm addımlara maneə ola bilməz".

Xatırladaq ki, bir müddət öncə erməni mətbuatında Sərkisyan rejiminin devriləcəyi barədə xəbərlər yayılmışdı. Məlumatlarda Azərbaycan tərəfindən təzyiqin gücləndirilməsinin Sərkisyanı çıxılmaz vəziyyətə saldığı, Rusiyanın istəklərini yerinə yetirməzsə, Sərkisyan hakimiyyətinin sonu olacağı qeyd olunmuşdu.

Tarix
2014.07.08 / 14:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla