Yuxarı

Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təklif olunan, keyfiyyətləri ilə seçilən təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi gələcəkdə ciddi problemlər yarada bilər.

Bu sözləri Təhsil Nazirliyinin bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcəyi ilə bağlı açıqlamasını Axar.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu il tətbiq edilən təmayül siniflərinin nəticələrini görmədən növbəti addımı atmaq təhlükəli ola bilər:

“Kurikulum standartları orta məktəblərə tətbiq edilməyə başlanandan bu günə qədər ölkədəki 4500 orta məktəbdə 150 min müəllim tərəfindən tam şəkildə bərqərar olmayıb. Məhz bunun nəticəsidir ki, IX siniflər üçün keçirilən buraxılış imtahanlarında 70 faizdən çox şagird aşağı nəticə göstərdi. Ölkədə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında vahid qaydada imtahan keçirilir. Test tapşırığı tərtib edən müəllim bunu hansısa məktəbə görə edə bilməz. Bundan başqa, bütün imtahanda iştirak edən şəxslər üçün vahid dərsliklərdən imtahan sualları hazırlanır ki, bu dərsliklərdə də bütün standartlar tətbiq edilir. Lakin biz hansısa orta məktəbə seçim muxtariyyəti versək, onun şagirdləri qəbul imtahanlarında iştirak edəndə ola bilər ki, onların keçmədiyi standartlara cavab verməli olacaqlar. Hesab edirəm ki, məktəblərə muxtariyyət statusu verməkdənsə, kurikulum standartlarını təkmilləşdirmək daha effektiv olar”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcəyini bildirib.

Tarix
2017.12.16 / 09:08
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla