Yuxarı

Heydər Əliyev Ordeninə layiq görülənlər – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2005-ci il 28 aprel tarixindən təsis edilən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi Heydər Əliyev Ordeni ilə indiyə qədər 21 nəfər mükafatlandırılıb.

Axar.az xəbər verir ki, Heydər Əliyev Ordeninə layiq görülənlərdən 9 nəfəri azərbaycanlı, digərləri isə başqa millətlərin nüfuzlu nümayəndələridir. Bildirək ki, təsis edildiyi vaxt Heydər Əliyev Ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. Lakin 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib.

Bu ordenə ilk dəfə hazırda Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev layiq görülüb. İ.Əliyev həmçinin bu ordenə layiq görülən ən gənc liderdir.

Ordenin laureatları arasında ən yaşlı isə İhsan Doğramacıdır. O, mükafatla 90 yaşında təltif olunub.

Heydər Əliyev Ordeninə 2005-ci ildə İlham Əliyev və İhsan Doğramacı, 2007-ci ildə Jak Şirak və Mstislav Rostropoviç, 2008-ci ildə Viktor Yuşşenko, Tahir Salahov və Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, 2009-cu ildə Lex Kaçinski və Valdis Zatlers, 2011-ci ildə Trayan Besesku Georgi Pırvanov, 2012-ci ildə İmaməli Rəhman, 2013-cü ildə Arif Məlikov, Abdullah Gül və Viktor Yanukoviç, 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan, 2015-ci ildə Mehriban Əliyeva, 2016-cı ildə Aleksandr Lukaşenko və Zeynəb Xanlarova, 2017-ci ildə isə Nursultan Nazarbayev və Ömər Eldarov layiq görülüb.

Hələlik sonuncu laureat heykəltəraş, Azərbaycanın xalq rəssamı Ö.Eldarovdur.

Heydər Əliyev Ordeni Azərbaycan vətəndaşlarına Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə, Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətinə görə verilir.

Əcnəbilərə isə bu orden Azərbaycan Respublikası qarşısında xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində, Azərbaycan ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə verilir.

Tarix
2017.12.22 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan erməni hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla