Yuxarı

Prezidentin Davos səfərində - Mühüm məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı şirkətləri ilə həyata keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox əlamətdardır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili Davod İqtisadi Forumunun əhəmiyyətini xüsusilə qeyd edib:

“Azərbaycanın 2018-ci ildə Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Litva, Macarıstandan sonra üçüncü yeri tutması bizim üçün çox önəmlidir, çünki bu, forumun göstəricisidir. Forum çəçivəsində müəyyən önəmli görüşlər keçirilir, ölkələrin iqtisadi vəziyyəti ilə əlaqədar analizlər aparılır, müəyyən dövlət və şirkət rəhbərləri ilə görüşlərdə investisiya proqramları müzakirə edilir. Azərbaycan islahatlar həyata keçirən bir dövlət olmaqla yanaşı, eyni zamanda, iri nəqliyyat mərkəzi və neft-qaz ixrac edən ölkədir. Ölkəmiz maraqlı bir dövlət olduğu üçün hər il foruma dəvət alır”.

V.Əhmədov dövlət başçısının forum çərçivəsində həyata keçirdiyi görüşlərə də toxunub:

“Bu görüşlərdə əsas məqsəd ilk növbədə Azərbaycanı bir daha dünyaya geniş tanıtmaq, Dağlıq Qarabağ məsələsini diqqətə çatdırmaq, o cümlədən ölkəmizə investisiya yatırımı ilə bağlı məsələlərdə müəyyən anlaşılmazlıqları aradan qaldırmaqdır. Bu fonda dövlət başçısı iri şirkət rəhbərləri, hətta OPEK-in rəhbəri və bir sıra vitse-prezidentlərlə görüşüb”.

Tarix
2018.01.23 / 17:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla