Yuxarı

Bu hücuma nüvə zərbəsi ilə cavab verilə bilər – Aslanov işi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsi üzrə 13 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürüb. İttiham olunanlar arasında Ceyhun Nəsimi oğlu Aslanov adlı azərbaycanlı gənc də var.

Axar.az xəbər verir ki, bu haqda yazan politoloq Şahin Cəfərli Ceyhun Aslanov barədə məlumatların məhdud olduğunu bildirib:

“Məlum olan budur ki, o, “Trol Fabriki” kimi tanınan, Rusiya kəşfiyyatının yan quruluşu olan “İnternet Tədqiqatları Agentliyi”ndə Amerika bölməsinin rəhbəri olub. Bir neçə dəfə xüsusi tapşırıqla ABŞ-a göndərilib. ABŞ hökuməti Aslanov da daxil olmaqla, həmin 13 nəfərin ekstradisiyasını tələb edəcək. Ümumiyyətlə, bu kiberhücum “xəmir”inin hələ çox su aparacağı anlaşılır. ABŞ, Britaniya, Avstraliya və Danimarka ötən il “NotPetya” virusu vasitəsilə qlobal miqyasda həyata keçirilmiş və əsas hədəfin Ukrayna olduğu kiberhücumların arxasında Rusiya kəşfiyyatının (QRU) dayandığını açıqladılar. ABŞ bu hücuma görə də Rusiyaya qarşı cavab tədbirləri görüləcəyini bəyan etdi”.

Politoloq qeyd edib ki, kiberhücumlar artıq asimmetrik təhdid kimi terrorizmin önünə keçib:

“Təsadüfi deyil ki, NATO 2016-cı il Varşava zirvəsində kiberməkanı quru, dəniz və hava məkanları ilə birlikdə əməliyyat zonası elan etdi. NATO müdafiə nazirlərinin bu həftə keçirilən görüşündə yeni struktur - Kiberəməliyyatlar Mərkəzinin yaradılması qərara alındı. ABŞ-ın yeni nüvə strategiyasında isə yazılıb ki, ölkə irimiqyaslı kiberhücumlara məruz qalarsa, cavab tədbiri kimi nüvə silahından istifadə edə bilər. Yəni məsələ bu qədər ciddidir”.

Qeyd edək ki, ötən gün ABŞ Ədliyyə Nazirliyi 13 rusiyalıya, o cümlədən Rusiyanın 3 şirkətinə ittiham irəli sürüb.

Tarix
2018.02.17 / 11:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla