Yuxarı

Nazirin oğlu Hafkanın ofisini ələ keçirdi – Gərginlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin oğlu Hafkanın ofisini ələ keçirdi – Gərginlik

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədov arasında münasibətləri gərginləşdirəcək daha bir hadisə yaşanıb.

Axar.az xəbər verir ki, "Bank of Azerbaijan"ın baş ofisi Hafkaya məxsus "Bağlan Qrup" holdinqin Həsən Əliyev küçəsində yerləşən binasına köçüb.

Qeyd edək ki, buna qədər bankın baş ofisi şəhərin mərkəzində - H.Sarabski-657 ünvanında (Nəsimi Prokurorluğunun yaxınlığı) yerləşirdi.

Artıq bank Həsən Əliyev küçəsində yerləşən holdinqin binasında fəaliyyətini davam etdirəcək. İddia olunur ki, nazir oğlu ilə iş adamı arasında konflikt daha da dərinləşib və Anar Məmmədov "Bağlan Qrup"un Bakıdakı baş ofisinə sahiblənib.

Xatırladaq ki, A.Məmmədovla Hafkanın bir çox sahələrdə şərikli biznesləri vardı. Ancaq son vaxtlar şəriklərin münasibətlərinin gərginləşdiyi bildirilir; əvvəlcə bankı Hafkanın əlindən aldılar, daha sonra "Topaz" bukmeyker kontorlarında şərikli biznesə son qoyuldu.

Tarix
2014.07.30 / 21:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla