Yuxarı

Bu, Niderlandın Türkiyə əleyhinə qərəzli qərarıdır - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil:

“Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma erməni soyqırımının tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir. Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib. 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırım aktları törədilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qoyulub. Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır”.

H.Hacıyev Niderland Krallığı Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edib.

Tarix
2018.02.23 / 17:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla