Yuxarı

Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İraqın Türkmaneli Partiyasının sədri Riyaz Sarıkahya ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İraqda, Kərkükdə, Azərbaycan və türk dünyasında baş verənlərlə bağlı fikir mübadiləsi aparılıb.

Riyaz Sarıkahya türkmanların vəziyyəti, bölgədə keçirilən son referendum və ondan sonra Kərkükdə yaranan vəziyyət haqda geniş məlumat verib.

Bildirib ki, Azərbaycan və Türkiyə Kərkükün taleyinə biganə olmamalı, sahib çıxmalıdır.

Sabir Rüstəmxanlı Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı qonaqları məlumatlandırıb.

Səmimi keçən görüşdə partiyaların əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İraqda, İranda və Suriyada yaşayan türklərin gələcək durumu ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusən türkmanların ciddi dəstəyə ehtiyacı olduğu vurğulanıb.

Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Türkmaneli Partiyasının təmsilçiləri Şahlar Azəroğlu və Yahya Əli Mehdi iştirak edib.

Tarix
2018.02.24 / 20:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla