Yuxarı

Təhsil Nazirliyi şikayətçilərin sayını açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil Nazirliyi şikayətçilərin sayını açıqladı

İyul ayında Təhsil Nazirliyinin Məlumat Mərkəzinə, Komutator Xidmətinə və Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edənlərin sayı açıqlanıb.

Axar.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Məlumat Mərkəzinə 8761 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə, 147 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə günü (2036 zəng), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (1634 müraciət) və çərşənbə axşamı (1411 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Tarix
2014.08.02 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla