Yuxarı

“Heç kim ərazini tərk etməyib, postlar da yerindədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Heç kim ərazini tərk etməyib, postlar da yerindədir”

"Azadlıq" radiosu ötən gecə Tovuz rayonunun Koxa Nəbi kəndində baş vermiş atışma ilə bağlı video reportaj hazırlayıb.

Axar.az xəvər verir ki, video-süjetdə kənd sakinlərindən biri açıqlamalasında şiddətli atışma vaxtı Azərbaycan tərəfinin postlarında güclü yanğın baş verdiyini və əsgərlərin oradan çıxdıqlarını müşahidə ediklərini bildirib.

Reportajda qeyd edilənlərlə bağlı vaxtilə həmin ərazidən Milli Məclisə üzv seçilmiş sabiq deputat Nazim Məmmədov Axar.az-a açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib:

"Koxa Nəbi kəndində hər şey qaydasındadır, Azərbaycan ordusu ermənilərə heç bir mövqe, yüksəklik verməyib!"

Məsələyə münasibət bildirən Koxa Nəbi kəndinin ərazi icra nümayəndəsi Nəsib Hüseynov da qeyd edilənləri təxribat adlandırdı. Cəbhə bölgəsi olduğundan atışmanın həmişə baş verdiyini deyən icra nümayəndəsi qeyd etdi ki, kənd sakinlərindən heç kəs ərazini tərk etməyib, postların da hamısı yerindədir:

"Bura bizim ata-baba yurdumuzdur, öz yurdumuzu niyə tərk etməliyik ki?"

Tarix
2014.08.02 / 12:57
Müəllif
Elnur Məmmədov
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla