Yuxarı

“Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana ona görə yalvarır ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana ona görə yalvarır ki...”

"Azərbaycan ordusunun döyüş potensialı çox yüksəkdir. Həm insan resursu baxımından, həm də silah-sursat baxımından Azərbaycan Silahlı Qüvvələri çox qısa bir zamanda qarşıya qoyulan vəzifəni operativ yerinə yetirmək iqtidarındadır".

Bu fikirləri Aktual.az-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O, qeyd edib ki, Ermənistan tərəfi bu addımı atan zaman amansız cavab olacağını fikirləşməli idi:

"Ermənilərin bu hərəkəti dar düşüncəli olduqlarını bir daha sübut etdi. Fikirləşməli idilər ki, Azərbaycan tərəfinin amansız cavabı olacaq. Artıq bir neçə saatdır, onlara qarşı ən yüksək səviyyədə lazım olan addımlar atılır. Mən bütün əsgərlərimizə möhkəm iradə, əzm arzulayıram. Azərbaycan əsgəri vətənin keşiyində məğrur dayanıb. Ancaq müharibənin öz qanunları var. Bir qədər ehtiyatlı, təmkinli şəkildə hərəkət etmək lazımdır".

Ü.Cəfərovun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana yalvarır:

"Ermənistanın Müdafiə Nazirliyi yalvarır ki, Azərbaycan tərəfi döyüş əməliyyatlarını dayandırsın və əvvəlki vəziyyət bərpa olunsun. Başa düşməliydilər ki, Azərbaycan tərəfi bu qədər itkilər fonunda onları layiq olduqlarından artıq cəzalandıracaq".

Hərbi ekspert jurnalistlərimizi də son dərəcə ehtiyatlı olmağa çağırıb:

"Ermənilər informasiya müharibəsində döyüş əməliyyatlarını bizə qarşı maksimum istifadə etməyə çalışacaqlar. Müdafiə Nazirliyi təcili olaraq media rəhbərləri ilə görüş keçirməlidir ki, informasiyalarda pərakəndəlik olmasın. Media işçiləri bu məsələdə diqqətli olmalıdır. Bilməyərəkdən yayılan kiçik bir informasiya, ehtiyatsızlıq fəsadlar törədə bilər. Biz çalışmalıyıq ki, informasiya müharibəsində də düşmənə uduzmayaq. Bu istiqamətdə Müdafiə Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Nazirliyin mətbuat xidməti bir nəfərdən ibarət deyil. Nazirin göstərişi ilə bu sahədə yazan jurnalistlərlə görüş keçirilməli, müəyyən məsələlər müzakirə olunmalıdır".

Tarix
2014.08.03 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla