Yuxarı

Yaralı əsgərlərimizlə bağlı açıqlama verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaralı əsgərlərimizlə bağlı açıqlama verildi

Cəbhə xəttində baş verən atışmalar zamanı yaralanan və Silahlı Qüvvələrin Baş Klinik Hospitala gətirilən əsgərlərimizin müalicəsi davam etdirilir.

Bu barədə ANS-ə Silahlı Qüvvələrin Baş Klinik Hospitalından məlumat verilib. Bildirilib ki, onların səhhətində yaxşılaşma müşahidə olunur:

"Hazırda onlar müalicə olunurlar. Həyatları ilə bağlı heç bir təhlükəli vəziyyət baş verməyib. Hospitala cəbhə bölgəsindən yeni yaralı əsgər gətilməyib. Xəstələr həkimlərin nəzarəti altındadır".

Qeyd edək ki, ötən gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov yaralıların vəziyyəti ilə bağlı açıqlama verib.

O, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunduğunu bildirib:

"Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib.

Hazırda hospitalda olan yaralıların heç birinin həyati təhlükəsi yoxdur. Onların müalicəsi Müdafiə nazirinin tam nəzarəti altındadır".

Tarix
2014.08.03 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla