Yuxarı

Ağdam istiqamətində atışma başladı – Yeniləndi/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam istiqamətində atışma başladı – Yeniləndi/Video

01:02

Bir neçə dəqiqə öncə ermənilər Ağdamın Təzəkənd kəndi ilə üzbəüz mövqelərindən kəndi atəşə tutmağa başlayıb.

Axar.az-ın bölgəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, pulemyotla ara-sıra atılan atəş getdikcə intensivləşir.

Hələlik ordumuz cavab atəşi açmayıb.

02:48

Cəbhəyə ezam olunmuş müxbirimizin bu dəqiqələrdə verdiyi məlumata görə, Ağdamın Təzəkənd kəndində atışmalar yenidən güclənib.

Hər iki tərəf iri çaplı pulemyotlardan atəş açır. Atışma 10 dəqiqədir davam edir.

04:44

2 saatlıq fasilədən sonra təmas xəttində atışma yenidən başlayıb.

Bir öncəki atışmadan fərqli olaraq, bu dəfə daha çox əl pulemyotları atışmada iştirak edib. 15 dəqiqə çəkən atışma hazırda dayanıb.

Bu dəfə atışmada işıqlandırıcı fişənglərdən, trasserlərdən və iri çaplı pulemyotlardan istifadə edilib.

Bəhs etdiyimiz atışmanın videosu bir neçə dəqiqə sonra cəbhə bölgəsində olan əməkdaşlarımız tərəfindən təqdim olunacaq. Hələlik isə, bundan öncəki atışmanın videosunu təqdim edirik:

05:00

Atışma yenidən başlayıb.

06:25

Atışma səngiyib. Təmas xəttinin əməkdaşlarımızın müşahidə apardığı istiqamətdə ordumuz heç bir itki verməyib. Əməkdaşlarımız atəş zolağından uzaqda olsa da, yaralanan və ya şəhid düşən hərbiçimiz olan zaman onları hospitala aparan maşını görə biləcək yerdə dayanıblar. Təcili təxliyə maşını yoldan keçmədiyinə görə, itki vermədiyimizi demək olar.

Səhərə yaxın olan atışmada ermənilərin işıqlandırıcı fişənglərdən, trasserlərdən və iri çaplı pulemyotlardan istifadə etməsi barədə məlumat vermişdik. Həmin atışmanın səsli video görüntüsünü təqdim edirik:

Tarix
2014.08.04 / 06:35
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla