Yuxarı

Lavrov, Medvedyev gedir: Putin daha kimləri yola salacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü kadr dəyişiklikləri olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Putinin formalaşdıracağı yeni hökumətin tərkibində Rusiyanın hazırkı Baş naziri Dmitri Medvedyevin və bir sıra köhnə adların yer almayacağını bildirib.

“Ümumiyyətlə, prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü və ciddi kadr dəyişiklikləri olacaq. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə bağlı son qərarı da Putin verəcək. Əslində, bu, Lavrovun istəyinə də uyğundur. Çünki Lavrov bir neçə dəfə dincəlmək, ailəsi ilə birlikə xaricdə yaşamaq istədiyini bəyan edib. Lavrovun qızı ABŞ-da yaşayır, onların hətta Nyu Yorkda daşınmaz əmlakları da var. Ancaq burada çox önəmli bir məsələ mövcuddur. Belə ki, Rusiya kimi bir dövlətin xarici işlər naziri özündə xeyli dövlət sirrini daşıyır. O üzdən Lavrov könüllü şəkildə istefa versə belə, onun Rusyanı tərk edə biləcəyi sual altındadır. Bu məsələ yəqin ki, dövlət rəhbərliyi səviyyəsində həllini tapacaq”.

Politoloq Rusiyanın bundan sonrakı xarici siyasətinə də nəzər salıb:

“Hazırda Rusiya-ABŞ münasibətlərinin düzəlməsi üçün zəmin yoxdur. Çünki Qərb tərəfindən Rusiyaya qarşı böyük tədbirlər hazırlanır. Britaniya isə bu istiqamətdə birinciliyi əlinə alıb. Skripal olayı ətrafında qalmaqallı vəziyyət, gərginlik davam edir. Britaniya yeni antirusiya koalisiyasını formalaşdırmaqda israrlıdır. NATO üzvü olan ölkələrin koalisiyaya qoşulması prosesi isə başlayıb. Bu baxımdan Rusiya ilə ABŞ və ya Qərbin münasibətlərinin normallaşacağını təxmin etmək yersizdir. Çünki Qərbdə Putinin prezident seçilməsi ilə bağlı piar kampaniyası qaldırılıb və Putinə verilən 16 milyonluq səsdən 10 milyonun saxta olduğu deyilir. Belə bir vəziyyətdə Rusiya-Qərb dialoqunun bərpasını gözləmək olmaz, əksinə qarşıdurma meyilləri güclənəcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun istefa verəcəyi barədə məlumat yayılıb.

Tarix
2018.03.23 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla