Yuxarı

Trampın Putinə gözlənilməz dəvəti: nə dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Putinə gözlənilməz dəvəti: nə dəyişəcək?

Mən bu görüşdən heç nə gözləmirəm, çünki hadisələrin gedişatı göstərir ki, ABŞ-da hər şeyi heç də Donald Tramp həll etmir.

Bu sözləri Axar.az-a Rusiya və ABŞ prezidentlərinin gözlənilən görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Tramp prezident seçilərkən Rusiya ilə münasibətlərin normalaşacağını, hətta dostluq səviyyəsinə çatacağını deyirdi. Heç biri alınmadı, əksinə, Vaşinqtonun Moskvaya qarşı siyasəti daha da sərtləşdi və son olaraq 60 rus diplomatı ABŞ-dan çıxarıldı. İndi ola bilsin ki, Putinlə görüşmək Trampın xoş niyyətindən irəli gəlir. Ancaq məsələ burasındadır ki, ABŞ-da bütün əsas strukturlar Rusiyanın əleyhinədir və onlar da Putinin siyasətinə qarşı sərt mövqedən çıxış edirlər. Ona görə də bu görüş baş tusa belə, ABŞ-Rusiya münasibətlərində hansısa dəyişikliyə səbəb olmayacaq və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ortadan qaldırmayacaq”, - siyasi şərhçi bildirib.

Politoloq son zamanlar ABŞ-ın Suriya ilə bağlı dəyişkən mövqeyinə də münsibət bildirib:

“Fransa ABŞ və Rusiya qədər güclü deyil ki, müxtəlif bölgələrdə aktiv rol oynasın. O üzdən Suriya məsələsində Fransa faktoru olduqca zəifdir. ABŞ-ın Suriyadan hərbi qoşunlarını çıxartmasına gəlincə, Amerikanın bu bölgədə elə də böyük hərbi qüvvəsi yoxdur. Məlumatlara görə, ABŞ-ın Suriyada 2 min hərbi mütəxəssisi var və bunların da Suriyadan çıxarılması heç nəyə təsir etməyəcək. Əksinə, ABŞ hərbi qoşunlarının bölgəni tərk etməsi Türkiyə ilə strateji müttəfiqlik baxımından önəmli sayıla bilər”.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampın Vladimir Putini ikitərəfli görüşlər keçirmək üçün Vaşinqtona dəvət etdiyini bildirib.

Ağ Ev sözçüsü Sara Sanders də görüş yeri kimi Ağ Evin də təklif edildiyini qeyd edib.

Tarix
2018.04.04 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla