Yuxarı

Qarabağı almağa 5 milyard təklif etməyimiz xəbəri bizə mesajdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağı almağa 5 milyard təklif etməyimiz xəbəri bizə mesajdır

"Qarabağı beş yox, on milyard təklifi ilə almaq mümkün olarsa, bu Azərbaycan üçün çox uğurlu bir addım olar".

Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev erməni və rus mətbuatında Qarabağın pul qarşılığında geri qaytarılması ilə bağlı dərc olunan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər belə bir variant varsa, on milyarda başa gəlsə belə, çox uğurlu bir addım olar:

"Çünki müharibənin riski və mahiyyəti daim daha yüksək və daha bahalıdır. Beş min vətəndaşımızın həyatı daha dəyərlidir. Ancaq Rusiya və Ermənistan mətbuatında yazılanlar nəinki həqiqət, heç məlumat da deyil. Bu cür informasiyalar təsdiq olunmadığından bunu İrəvanın Qarabağla bağlı xülyası da hesab etmək olar".

F.Mehdiyevin fikrincə, bu yanaşmalar sadəcə olaraq bir ehtimal və spekulyasiyadır.

"Əlbəttə, Qarabağ ətrafında səslənən müxtəlif variantlardan belə bir ehtimalın baş tutması Azərbaycan hökumətinin diplomatik uğuru olardı. Çünki Ermənistana məhz onun dövlət büdcəsini təklif etmək Azərbaycanın nələrə qadir olduğunun sübutudur. Həqiqət olan Soçi görüşü idi. İndi məsələlər tamam başqa müstəvidə davam edir. Əgər Cenevrədə gizlin danışıqlar getsəydi, bundan nəinki erməni, dünya mətbuatı yazardı. Dağlıq Qarabağ məsələsi ətrafında danışıqlar artıq iyirmi ildir ki, aparılır. Buna görə də Ermənistanın özünə sərf edən belə fərziyyələri heç məlumat da sayıla bilməz. İrəvan artıq yolun sonundadır. Bilmək olmaz, bəlkə də təsdiq olunmayan bu məlumat hansısa üstüörtülü bir mesajdır".

Tarix
2014.08.13 / 15:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla