Yuxarı

Sərkisyan öz xalqını təhqir etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suda boğulanlar gərək özləri özlərini sudan çıxarsın. Erməni dövlətinin başçısı belə hesab edir.

Hər şey zəhmətdən asılıdır və əgər yaxşı zəhmət çəkilərsə, istənilən problemi həll etmək mümkün olar. Bu sözlər Ermənistan prezidentinə məxsusdur. Erməni qəzetlərinin yazdığına görə, Serj Sarkisyan bu sözləri əhalinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 35%-nə ünvanlayıb. Amma prezident Ermənistanda qəhətə çəkilmiş işi hardan tapmağın yollarını göstərməyib.

Yəni o, məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis işləyirlər.

Serj Sarkisyan altıncı ildir ki vəzifədədir və onun reytinqi bu gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə cinayətkar oliqarxiya sistemi güclənir. "Kriminal" adlı yoluxucu xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox sirayət edir. Bu barədə "Jamanak" qəzeti yazır.

Bununla yanaşı, KİV-lər həyəcanla ərzaq məhsullarının nəzərə çarpacaq dərəcədə bahalaşmasından danışıb. Meyvə və tərəvəzin, donuz ətinin qiyməti qalxıb. Qəzetlərin yazdığına görə, çörək zavodlarının və kiçik çörək sexlərinin inflasiyaya və elektrik enerjisi tariflərinin qalxmasına necə dözməsi anlaşılan deyil. Xalqın arasında möhkəm gəzən söhbətlərə görə, çörəkçilər xəmir hazırlayarkən hansısa əlavələr qatırlar və çörəyin çəkisini azaltmağa çalışırlar.

ANS

Tarix
2014.08.15 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla