Yuxarı

Əliyev Ərdoğanla görüşdə Türkiyəyə bu mesajı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında əldə olunmuş razılıqlar bütün regiona şamil oluna bilər. Çünki bu razılaşmaların nəticələri regiona təsir edir. Qərarlar regionun iqtisadi inkişafına, təhlükəsizliyinin qorunmasına təkan verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşünü şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan prezidentinin qarşılanma mərasiminin çox səmimi şəkildə keçməsi qardaşlıq münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir:

“Türkiyə prezidenti təkcə Prezident İlham Əliyevlə deyil, eyni zamanda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə də çox yaxından tanışdır və hər biri ilə qarşılanma zamanı əlavə söhbət apardı. Bütün bunlar prezidentlərin yaxın münasibətlərinin göstəricisidir. Ola bilsin ki, rəsmi protokoldan kənar bəzi məsələlər də müzakirə edilib, çünki qardaş ölkələr arasında əlaqələrmiz təkcə protokollarda yox, şəxsi münasibətlərdə də çox yüksək səviyyədədir”.

Politoloq qeyd edib ki, iki ölkənin münasibətlərini yalnız parlaq gələcək gözləyir:

“Türkiyədə də prezident və parlament seçkiləri keçiriləcək. Prezidentin ilk səfərini məhz Türkiyəyə etməsi bu cəhətdən çox böyük önəm kəsb edir. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, əziz qardaşım Ərdoğanın sayəsində Türkiyə son illər ərzində böyük nailiyyətlər qazanıb, uğurlara imza atıb. Bu, İlham Əliyevin Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində Ərdoğana verdiyi dəstək kimi qiymətləndirmək lazımdır”.

Politoloq vurğulayıb ki, hər iki lider 28 May - Azərbaycan Cümhuriyyətinin 100 illiyi tarixini xüsusi qeyd etdi:

“100 il bundan öncə olduğu kimi, indi də Türkiyə Azərbaycanın yanındadır. O vaxt da Türkiyə əsgərlərinin köməyi ilə Azərbaycan öz torpağını silahlı ünsürlərdən təmizləyə bilmişdi. İndi də Türkiyə istər Qarabağ məsələsi, istərsə də digər məsələlərdə Azərbaycanın yanındadır və Azərbaycanın bütün addımlarını dəstəkləyir. Əliyev-Ərdoğan münasibətləri bu ənənələr yaşatmaqla bərabər, yeni müstəviyə keçirib”.

Qeyd edək ki, Prezident İlham Əliyev 24-25 aprel tarixlərində Türkiyədə iki günlük səfər edib. Bu, prezident seçkilərindən sonra İlham Əliyevin ilk xarici səfəridir.

Tarix
2018.04.26 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla