Yuxarı

Gül CHP-ni fakt qarşısında qoyur: Ərdoğana sürpriz?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

CHP-də Abdullah Gülün namizədliyi barədə ciddi fikir ayrılıqları var.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, açıqlamalardan da görünür ki, Gülün namizədliyini dəstəkləyənlər və dəstəkləməyənlər arasında ciddi fikir ayrılığı mövcuddur:

“Dəstəkləyənlər - Kamal Kılıçdaroğlu, Bülənt Tezcan, Məhməd Bekaroğludursa, digər tərəfdə isə Müammər İncə, Özgür Özəl və Vəli Akbaba durur. Əsas problem isə CHP Gülün namizədliyini açıqladığı anda Gülün son dəqiqədə bundan vaz keçdiyini açıqlaması zamanı yaşanacaq”.

N.Cəfərsoy vurğulayıb ki, Gül son anda namizədliyini verməkdən imtina edəcək:

“Əsl səbəb isə Prezident Rəcəb Tayyib Ərdoğanın əlindəki fürsətlərdən istifadə etməsi və Akşənərin seçkidə iştirakı olacaq. Gül isə səbəb kimi ortaq namizəd olmaq istəmədiyini göstərəcək. O zaman CHP böyük problemlər yaşanacaq”.

N.Cəfərsoy Abdullah Gülün nə üçün belə addım atma ehtimalının olduğuna da münasibət bildirib:

“Akşənərin namizəd olacağı seçkidə Gül (Səadət+CHP və bəlkə başqa xırda partiyaların ortaq namizədi olar bilər) namizəd olsa belə, seçkidə üçüncü sırada qalacaq. Əvvəla onun AKP-dən səs aparmaq potensialı 3-5%-i keçməz. CHP-dən də ən çox 5% səs ala bilər (İncə Akşənərə dəstək versə və onun vitse-prezident olacağı elan edilsə, bu belə yüksək rəqəm sayıla bilər). Səadət Partiyasının da 5% səs alacağını düşünsək, Gül ən çoxu 15% səs ala bilər. Bu ssenari ən yüksək ehtimaldır. Amma Gül belə riskə getməz”.

N.Cəfərsoy bu seçkilərdən sonra CHP-nin ana müxalifət ünvanını itirməsinin sürpriz olmayacağını bildirib.

Tarix
2018.04.26 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla