Yuxarı

Heydər Əliyevin saat bağışladığı əsgər fəraridir? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin saat bağışladığı əsgər fəraridir? – Video

Heydər Əliyevin cəbhə bölgəsində, səngərdə çoxsaylı erməni öldürdüyünə görə saat bağışladığı əsgər Adil Vəliyev hələ də "Qarabağ veteranı" adını ala bilmir.

Bu barədə "Axar.az"a Adil Vəliyevin özü məlumat verib. A.Vəliyev bildirir ki, 1991-96-cı illərdə Qarabağın müxtəlif məntəqələrində döyüşlərdə iştirak edib:

"Erməni terrorçunun başını kəsməsilə məşhur olan İbad Hüseynovun komandirliyi altında döyüşmüşəm, kəşfiyyatda 5 il xidmət eləmişəm. Ancaq uşağım ağır xəstə olduğu üçün qısa müddətə təcili olaraq evə gəldim. O zaman xidmət edənlər bilir ki, köhnə əsgərlərə münasibət bir qədər loyal idi. Yəni hərdən bir neçə günlük evə gəlmək ciddi narahatlıq sayılmırdı. Mən bir neçə gündən sonra yenidən hərbi hissəyə qayıtdım, amma barəmdə axtarış elan edildiyini öyrəndim".

Buna baxmayaraq, A.Vəliyev xidmətini davam etdirdiyini bildirir: "İndi o bir neçə günlük evə gəlməyimi əsas göstərib, mənə Qarabağ veteranı vəsiqəsi vermirlər. Halbuki mən nümunəvi xidmət keçmişəm, 1994-cü ildə ümummilli lider Heydər Əliyev şəxsən özü mənə səngərdə saat bağışlayıb".

Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışırıq.

Tarix
2013.11.28 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla