Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Mart 2019


Kremlin sevmədiyi Nikolun ciddi səhvi – Ordumuz xəbərdar etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu istənilən vaxt təmas xəttini keçərək ermənilər üçün ciddi gözdağı olacaq hərbi əməliyyatlar keçirməyə hazırdır və Ali Baş Komandanın əmrini gözləyir.

Bu sözləri Axar.az-a Müdafiə naziri general-polkovnik Zakir Həsənovun açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan Ordusu müntəzəm surətdə təmas xətti boyunca lokal təlimlər keçirir və daim hərəkətdədir:

“Müdafiə nazirinin Azərbaycanın hər an genişmiqyaslı müharibəyə hazır olmasını bildirməsi mühüm mesajdır. Azərbaycan Ordusu düşmənin hərbi istehkamlarını, mina xəttini dağıtmağa və ölkəmizin ərazi bütövlüyü uğrunda çox güclü hərbi əməliyyatlara başlamağa və bütün qoşun növlərini də bu prosesə cəlb etməyə tam hazırdır. Yəni Ordumuz belə bir tapşırıq alıb və bu istiqamətdə təlimlər keçirir”.

Politoloq bu arada Paşinyanın Qarabağa səfərinin Ermənistanda ciddi tənqid olunmasına da münasibət bildirib:

“Fikir verin, Ermənistan prezidenti də Paşinyanın bu addımını yanlış hesab edir və onun söylədiklərini siyasi naşılıq nümunəsi sayır. Paşinyanın ermənilərin özü tərəfindən də ciddi tənqid olunması onun siyasətinin hər an müharibəyə gətirib çıxara biləcəyindən xəbər verir. Ancaq İrəvan buna hazır deyil. Üstəlik, bu hazırlıqsızlığa əsas səbəb kimi Rusiya göstərilir. Erməni siyasi elitası Rusiya olmadan Azərbaycanla müharibəni çox riskli hesab edir. Paşinyan isə faktiki olaraq Rusiya ilə münasibətlərdə taktika nümayiş etdirə bilmir. Üstəlik, Rusiya mətbuatında Ermənistanı ciddi tənqid edən yazılar meydana gəlməkdədir. Bu fonda Paşinyanın Rusiya ilə münasibətlərdə qeyri-səmimiliyi artıq üzə çıxır. Onun Qərbin adamı olması və xüsusilə də Qərb dünyasında yerləşən erməni diasporunun itaətində olması Kremli ciddi narahat edir”.

Q.Hüseynli qeyd edib ki, məhz buna görə də Rusiya tərəfindən yeddi rayon məsələsi yenidən gündəmə gətirilib:

“Moskva bu məsələdə Bakıya dəstək verməyə hazır olduğunu bəyan edib. Buna qədər müəyyən şərtlərlə 5 rayon ətrafında polemikalar gedirdisə, indi Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılmasından danışırlar. Bəzi erməni analitikləri də açıq bildirirlər ki, əgər indiki şəraitdə Rusiya prosesə biganə qalsa, Azərbaycan ordusu çox qısa müddətdə öz ərazi bütövlüyünü təmin edəcək. Bu isə Ermənistanı yaman vəlvələyə salıb. Hesab edirəm ki, Paşinyanın savadsız siyasi bəyanatları irəlidə Ermənistan üçün ciddi problemlər yaradacaq. Ümumiyyətlə, Paşinyanın son günlərdəki siyasi fəaliyyəti Moskvanın heç xoşuna gəlmir. Bu vəziyyət isə Ermənistanda qarışıqlıq yaradıb. Hətta hakimiyyətdən məhrum edilmiş Qarabağ mafiyası da Paşinyanın nüfuzunu çox qısa müddətdə itirəcəyi günü səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın yeni baş nazirinin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına münasibət bildirib. Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri Zakir Həsənov bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Tarix
2018.05.14 / 12:02
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

Prezident İlham Əliyev həmkarını təbrik etdi

Tramp qələbə çala bilər: Demokratlar son zərbəni endirdi

Əli İnsanov xəcalət çəkirdi, yazırdı ki, aldanıb...

Azərbaycan BMT-nin keçirdiyi forumda - Foto

Avropanı daxildən parçalayan amillər – Şərh

Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri

“Xankəndini vur!” düzgün ifadə deyil - Ekspertdən etiraz

Ukraynada kritik həftə başladı: 39 namizəd yarışır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla