Yuxarı

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Helsinki Komissiyasının 9 may tarixli dinləmələri ilə bağlı bəyanatlar yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Amerika Azərbaycan Mədəniyyət Assosiasiyası və Nyu Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası-Azərbaycan Amerika Qadınlar Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası, Nyu York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, "AZZEM" Beynəlxalq Fondu, “My Way" İnkişaf mərkəzinin bəyanatlarında bildirilir ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir:

"Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndirirk. Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

Düşünürük ki, ABŞ hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik".

Tarix
2018.05.21 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla