Yuxarı

Paşinyan mahiyyət etibarilə Sərkisyandır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan ilk başlarda dediyi kimi, müstəqil xətt götürsəydi, ondan yenilik gözləmək olardı.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi onun səsləndirdiyi ilk bəyanatlardan artıq bəllidir:

“Paşinyanın Qarabağ probleminə yanaşması, üslub baxımından bəzi ritorik çalarlar istisna olmaqla, mahiyyətcə Sərkisyandan fərqlənmir. Paşinyan da Sərkisyan kimi nə beynəlxalq hüququn əsas prinsiplərinə, nə mehriban qonşuluğa, nə ərazi bütövlüyü prinsipimizə hörmət göstərir. Əksinə, Paşinyan mövqelərini daha da möhkəmləndirmək üçün bir az sərt addımlar atmağa meyil edir. Xüsusilə onun baş nazir seçildikdən sonra ilk səfərini Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə etməsi bunun bir göstəricisidir. Gələcəkdə Paşinyanın bu ritorikasını davam etdirib-etməyəcəyini dəqiq demək mümkün deyil. Ola bilər ki, Paşinyan Ter Petrosyanın 1997-ci ildə olduğu xəttə qayıtsın. Ən azından problemin həlli ilə bağlı addım atsın”.

A.Aslanlının sözlərinə görə, hazırda Paşinyanın mövqeyi konstruktiv deyil:

“Ermənistan kimi daxili amildən çox, xarici amillərin rol oynadığı ölkələrdə normal siyasi proses nəticəsində hakimiyyət dəyişmir. Prosesin bundan sonra da necə davam edəcəyi də qeyri-müəyyəndir. Ona görə siyasi üslub olaraq, Paşinyan elə ritorika seçməyə çalışır ki, başladığı yolu axıra qədər gedə bilsin. Bunun üçün də Qarabağ kartı əvəzedilməz hesab olunur. Paşinyan Qarabağ kartından həm daxili ictimai rəyi formalaşdırmaq, həm də xarici amili öz tərəfində saxlamaq üçün istifadə etməyi düşünür. Çünki Paşinyanın erməni lobbisi və müəyyən dövlətlərdən arzuladığı dəstəyi əldə etməsi üçün bu, əlverişli üsuldur”.

A.Aslanlı qeyd edib ki, Ermənistanın xarici hərbi əlaqələri ilə bağlı məsələlər Paşinyanın nəzarət edəcəyi, müəyyənləşdirəcəyi məsələ deyil.

Tarix
2018.05.26 / 09:08
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla