Yuxarı

Pompeodan AXC mesajı: Qarabağın həlli üçün tezliklə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatda yer alıb. O, bəyanatda ABŞ hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqını təbrik etdiyini bildirib.

Bəyanatda həmçinin AXC-nin ilk müsəlman parlament respublikası və dünyada qadınlara səsvermə hüququ verən ilk respublika olduğu fikirləri də yer alıb:

“1991-ci ildə müstəqilliyinin bərpasından sonra Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşa çevrildi. Biz səbrsizliklə bizim çoxillik əməkdaşlığımızın davamını və təhlükəsizlik, energetika, demokratik idarəetmə sahəsində birgə fəaliyyətimizin dərinləşməsini gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinin axtarılmasına bağlı qalır və tərəfləri tez bir zamanda intensiv danışıqları yeniləməyə çağırırıq”.

Tarix
2018.05.28 / 10:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla