Yuxarı

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar iyunun 26-da dövriyyəyə buraxılacaq.

110x135 millimetr ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.

Tarix
2018.06.25 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla