Yuxarı

Azərbaycanlı milyarder millət vəkilindən 25 min istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarder millət vəkilindən 25 min istədi

Azərbaycan əsilli iş adamı Rza Zərrab CHP millət vəkili Sezgin Tanrıqulu haqqında məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edib.

Axar.az xəbər verir ki, Rza Zərrabın təzminat tələb etməsinə səbəb isə ötən ilin dekabrında Türkiyədə aparılan korrupsiya əməliyyatı olub. Sezgin Tanrıqulu əməliyyat zamanı həbs edilən Rza Zərrab haqqında hökumətdən şəffaflıq açıqlaması tələb edib. Millət vəkili Rza Zərrabın təzminat iddiasına belə açıqlama verib:

"Rza Zərrab haqqında milli məclisdə hökumətdən 14 suala cavab tələb etmişəm. O, hər bir sual üçün 5 min olmaqla 70 min TL (30 min manat) tələb edir. Göründüyü kimi, Zərrab itirdiyi pulları qaytarmaq istəyir. Qanunun aliliyi mənim üçün hər şeydən üstündür. Millət vəkili olaraq bu günə qədər verdiyim bütün təklif kimi Rza Zərrab haqqında da tələb etdiyim suallar yalnız ədalətin bərpası üçün olub".

Tarix
2014.09.06 / 01:11
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla