Yuxarı

“Sərkisyanın müharibə ritorikası onu məhv edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sərkisyanın müharibə ritorikası onu məhv edəcək”

"Sarsılmış Ermənistanın daxili siyasətinin bərpası yolunda müharibə ritorikasından istifadə etməsi Sərkisyanı və ölkəsini məhv edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Ceyhun Mahmudlu son günlər Ermənistan dövlət başçısının yersiz bəyanatlarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Sərkisyanın son günlər mənasız bəyanatları avtokratik müharibə rejimi yaşayan Ermənistanda daxili siyasəti idarə etmək üçün istifadə olunan ritorikadır:

"Cəbhə bögəsində atəşkəs rejiminin pozulması da bununla əlaqədardır. Bu, Sərkisyanın müharibə ritorikasıdır. Daxili siyasəti və vəziyyəti getdikcə sarsılan Ermənistanda artıq ölkə başçısına qarşı bununla bağlı narazılıqlar artıb. Bu da onu məhv edə bilər. Eyni zamanda, hazırkı qlobal vəziyyət, müəyyən bölgələrdəki xaos və daxili müharibələr təəssüf ki, dondurulmuş münaqişə rejimində olan ölkələrdə müharibə riskini artırır. Buna görə də zəif dövlət başçısının uğursuz siyasəti Ermənistanda təhlükəsizlik dilemması yaradır. Ermənistanın konfliktin həllinə bu cür yanaşması istər-istəməz Azərbaycanda da bu dilemmaya yol açır. Təbii ki, bütün bunların da əsas baiskarı Qarabağ məsələsinin həllində yeganə konflikt tərəfi Ermənistandır".

Tarix
2014.09.06 / 09:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla