Yuxarı

Bolqarıstanla matçın inanılmaz mübhəmi – İddia/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstanla matçın inanılmaz mübhəmi – İddia/Foto

Milli komandamızın AVRO-2016-nın seçmə mərhələsinin ilk sınağında məğlubiyyəti xüsusi detalla yadda qalıb.

Axar.az xəbər ki, Bolqarıstanla matçda vurulan bütün qolların müəllifləri bolqarlar olub. Görüşdə hesabı rəqib komandanın oyunçusu İliyan Miçanski açsa da, cavab topunu yığmamızın milliləşdirdiyi bolqar Dmitri Nazarov vurub. Qəribə görünsə də, oyun öncəsi bu futbolçu ölkəsinin seçməsinə casusluqda ittiham edilirdi. Miçanski həmyerlisindən Azərbaycan komandası ilə bağlı müəyyən taktiki bilgilər əldə etdiyini açıqlamışdı. Ziddiyyətli görünsə də, qarşılaşmada qolların ikisini də məhz ittiham edən futbolçu və casus adlanan oyunçu vurdu.

Bunun bir təsadüf olduğunu düşünənlər də var. Lakin futboda bu cür təsadüflərə az rast gəlinir. Bu mübhəm və sirrli nəticənin pərdəarxası məqamları gec-tez açılacaq.

Qeyd edək ki, oyunda rəqibin qələbə topunu 87-ci dəqiqədə Ventsislav Xrisov qapımıza göndərib. Millimizin alman baş məşqçisi Berti Foqtsun bu dəfəki məğlubiyyətə isə izahı belə olub:

"10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm. Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı".

Daha sonra Foqts mətbuat konfransını yarımçıq tərk edib. O, jurnalistin ona verdiyi "Rüfət Dadaşovdan nə gözləyirdiniz?" sualına almanca cavab verib və əsəbi şəkildə konfrans zalını tərk edib. Stadionda baş məşqçinin istefası tələbi ilə şüarlar səsləndirilib.

Tarix
2014.09.10 / 02:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla