Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


AHİK: Bu hadisələr ölkədə xaos yaratmaq cəhdidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd və daxili işlər orqanları əməkdaşlarının radikal dini təmayüllü terrorçular tərəfindən qətlə yetirilməsi Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə istiqamətlənib və ölkədə xaos yaratmaq cəhdidir.

Axar.az xəbər verir ki, bu fikir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gəncə şəhərində törədilmiş terror aktları ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Təəssüf ki, birinci hadisə baş verdikdən dərhal sonra radikal dini internet səhifə və saytlar Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılarla əlaqəli kütləvi informasiya vasitələri terroru törədən şəxsi “qəhrəman” səviyyəsinə yüksəltməyə çalışdılar. Törətdikləri cinayətlərə görə Azərbaycandan qaçaraq müxtəlif ölkələrə sığınan, özünü “müxalifətçi” adlandıran qüvvələr bu cinayətkarları sosial şəbəkələrdə müdafiə etmək üçün müdafiə komitəsi yaratmaqdan belə çəkinmədilər. Bir sıra saytlarda isə Youtube kanalı vasitəsilə üsyana səsləyən çağırışlar yayımlandı.

Beləliklə, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, onun bugünkü sürətli inkişafını gözü götürməyən xarici qüvvələr və onları dəstəkləyən bir ovuc daxili səbatsız ünsürlər daha da irəli gedərək iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icazəsiz aksiya keçirərək, insanların təhlükəsizliyini təmin edən yüksək rütbəli iki polis əməkdaşını qəddarlıqla qətlə yetirdilər. Hesab edirik ki, hər bir halda terrora bəraət qazandırmaq yolverilməzdir.

Milyon yarımadək həmkarlar ittifaqı üzvünü təmsil edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, ölkədə xaos yaratmaq məqsədilə bu terror aktını həyata keçirənlər az müddətdə müəyyənləşdirilməli, respublika qanunları çərçivəsində ciddi şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan dövlətinin milli maraqları hər bir vətəndaş tərəfindən qətiyyətlə qorunmalıdır. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir sıra ağır sınaqlardan çıxdığı kimi, bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaqdır”.

Bəyanat bu fikirlə bitir: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, ölkədə əmin-amanlığı, sabitliyi, vətəndaşların asayişini qorumaq, onların hüquqlarını müdafiə etmək hər birimizin işidir və çoxsaylı həmkarlar ittifaqları ordusu bu işdə daim Azərbaycan dövlətinin yanındadır və ona dəstək olacaqdır”.

Tarix
2018.07.11 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu, Prezidentin veteranlara diqqətinin göstəricisidir - Polkovnik

KTMT-də baş katibin olmaması kimə sərf edir? – Açıqlama

Ruhaninin Azərbaycana ərazi iddiasının - Videosu

Siyavuş Novruzovun “bağışlayaq” sözünə - Etiraz

Ölkədə qarışıqlıq yaratmaq istəyənlər... – Millət vəkili

Poroşenkodan BMT-yə Rusiya ilə bağlı gülməli müraciət

Meriya mitinqə buna görə icazə vermədi

Şok sənəd üzə çıxdı: Ermənistan buraya silah daşıyır - Foto

Akademikə qarşı çirkin oyun: “Zərif-zəif qadın” obrazı...

Putin ABŞ-ı “Siklon”la hədələdi: Vaşinqton arzusuna çatır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla