Yuxarı

Şaffer: “Bu, Putinin Qərbə ölümcül zərbəsi olardı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaffer: “Bu, Putinin Qərbə ölümcül zərbəsi olardı”

"Qarabağda müharibənin başlanması Rusiyaya imkan verəcək ki, öz qoşunlarını buraya sülhməramlı simasında yeritsin".

Axar.az Nyu York Tayms-a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı politoloq Brenda Şaffer çıxış edib. O, Amerikanın Cənubi Qafqazın suverenliyinin itirilməsinə yol verməməli olduğunu deyib:

"Cənubi Qafqazdakı qeyri-stabillik həmçinin keçən ilin dekabr ayında Avropanın Rusiya qazından asılılığını azalda biləcək qaz kəmərinin çəkilişi ilə bağlı böyük layihənin məhv olmasına səbəb yarada bilər. Lakin bir maraqlı məqam var ki, amerikalı məmurlar sonuncu hərbi əməliyyatlardan sonra Rusiyanın təşəbbüsü ilə keçirilən ən yüksək səviyyədəki görüşləri alqışladığını bildirdilər. Məgər Vaşinqton Gürcüstan və Ukraynanın timsalında heç nə öyrənməyibmi? Konfliktin eskalasiyasının Qafqazda qarşısının alınması Putinin yeni əraziləri işğal etməsinin qarşısını alacaq. Prezident Obama gərək Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməklə Amerikanın Cənubi Qafqazı tərk etmədiyini göstərsin. Qarabağ Rusiyaya görə itirilmiş imperiyanın bərpa edilməsi üçün növbəti cəbhədir. Əgər Cənubi Qafqazın Rusiya ilə münasibətlərdə suverenliyini itirməsinə icazə verilsə, bu, Amerikanın keçmiş Sovet İttifaqı ölkələrində və ondan kənarda yeni birliklərin qorunub saxlanılmasına ölümcül zərbə olacaq".

Tarix
2014.09.11 / 13:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla