Yuxarı

Pompeo və Mettis Bakıya gələrsə... – Gerisayım başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yüksək dövlət rəsmilərinin ölkəmizə səfər edəcələrini bildirmələri çox böyük hadisədir.

Bunu Axar.az-a ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettisin Bakıya ehtimal edilən səfəri haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bu səfərlər Bakının geostrateji əhəmiyyətindən xəbər verir:

“Bakı ABŞ-ın Əfqanıstan və Orta Asiya siyasətində bir körpü rolunu oynamaqla bərabər, həm də Əfqanıstan probleminin tənzimlənməsi və danışıqlar prosesinin davam etdirilməsi üzrə seçilmiş paytaxt statusunu qoruyub saxlayır. Bundan öncə ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşü də sırf ölkəmizin geostrateji mövqeyindən xəbər verirdi. Bakının seçilməsi həm Rusiya, həm də ABŞ-ın istəyi idi. Ancaq bu məsəldə ən çox təkid edən tərəf ABŞ olub. Hesab edirəm ki, bu siyasət indi də davam etdirilir. Bu fonda Bakıda Əfqanıstanda sülhyaratma prosesi, bununla bağlı danışıqların keçmişi və gələcəyi ciddi surətdə müzakirə olunacaq. İki nazirin Bakıya səfərinin planlaşdırılması o deməkdir ki, Əfqanıstan məsələsində müəyyən gəlişmələr var və bu gəlişmə sülhyaratma prosesi ilə bağlıdır. Üstəlik, ABŞ bu prosesdə Bakının və Azərbaycan siyasi rəhbərliyinin göstərdiyi yardımı və təşəbbüskarlığı yüksək qiymətləndirir. Şərqlə Qərb arasında dəhliz statusunu qazanan Bakı gələcəkdə BMT-nin ikinci Cenevrəsinə çevrilə bilər. Bu, həm də Azərbaycanın artan statusuna dəlalət edir”.

Politoloq bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Bakıya gəlişi Dağlıq Qarabağ məsələsi ilə bağlı daha dərin müzakirələrə fürsət yaradacaq:

“Bu, Azərbaycan üçün də mühüm fürsətdir. Hesab edirəm ki, Azərbaycan diplomatiyasi bunu ciddi dəyərləndirəcək və gələcəkdə Qarabağ prosesinin tənzimlənməsində ABŞ-ın rolunun daha təsirli olması üçün istifadə edəcək. Bu, Bakı prosesi adlanır və Bakının BMT və ABŞ-ın Yaxın və Orta Şərq problemlərinin çözülməsində əsas mərkəz olaraq seçilməsi anlamına gəlir. Bakı prosesi Azərbaycanın və dövlətçiliyimiziz uğurudur və bu uğurlu gediş mütləq Dağlıq Qarabağ probleminin həllində istifadə ediləcək”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər və müdafiə nazirləri Brüsselə səfərləri çərçivəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettislə görüşüblər. Bu görüşdən sonra Pompeo və Mattis Azərbaycana səfər edəcəklərini bildiriblər.

Tarix
2018.07.15 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla