Yuxarı

Bakı “Müasir müharibə metodları"nı öyrənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı “Müasir müharibə metodları"nı öyrənir

Bakıda I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda konfrans keçirilir.

APA-nın məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov konfransda çıxışında qeyd edib ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın 34 hərbi-sənaye kompleksi ilə əməkdaşlıq qurmağa nail olub.

Y. Camalov deyib ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Onun sözlərinə görə, bu səbəbdən müdafiə sənayesi müəssisələri yenidən qurulub, müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb: "Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir".

Y. Camalov ADEX-2014 sərgisinin dünyada sülhə və təhlükəsizliyə xidmət edəcəyinə inandığını da qeyd edib: "Sizi növbəti, 2016-cı ildə keçiriləcək ikinci beynəlxalq müdafiə sərgisinə dəvət edirəm".

Konfransda Azərbaycan müdafiə sənayesinin inkişafına həsr edilmiş film nümayiş etdirilib.

Qeyd edək ki, konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Türkiyənin MKEK şirkətinin baş direktoru İzzət Artniç, "Parmount Group" şirkətinin icraçı direktoru İvor İchikovitz çıxış edəcəklər.

Tarix
2014.09.12 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla