Yuxarı

XİN Lari Kinqin Qarabağa səfərini araşdırır - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN Lari Kinqin Qarabağa səfərini araşdırır - Rəsmi

"CNN-nin məşhur aparıcısı Lari Kinqin qondarma "Dağlıq Qarabağ"a nəzərdə tutulan səfəri həqiqətə uyğun deyil".

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Azərbaycanın Los-Ancelsdəki Baş Konsulluğuna müvafiq tapşırıq verilib. "Məsələni araşdırmalıyıq ki, müvafiq mövqeyimizi orataya qoya bilək. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan mətbuatı mövcud vəziyyətlə əlaqəsi olmayan məlumatları şişirdir və yalan təqdim edir. Ermənistan mətbuatından hər şey gözlənilir. Dəfələrlə həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatları Ermənistan mətbuatının işıqlandırdığının şahidi olmuşuq", - deyə XİN rəsmisi bildirib.

Xatırladaq ki, guya bu yaxınlarda CNN teleşirkətinin əfsanəvi aparıcısı Lari Kinq qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu Qarabağa dəvət edib. Kinq də dəvəti qəbul edib. Bako Saakyan isə Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini haqda erməni mətbuatına informasiya yayıb. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri ilk dəfə deyil. Rəsmi Bakı isə buna heç vaxt biganə qalmır və aldadılaraq qondarma "Dağlıq Qarabağ"a gələnləri "qara siyahı"ya salır və onların Azərbaycana gəlişini yasaqlayır.

Tarix
2013.11.29 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla