Yuxarı

Çin ABŞ-ın İran siyasətini məhv edir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft bazarında noyabr ayına qədər İranla bağlı müəyyən gərginliyin olması ehtimalı var. Amma Çin qərarında israrlı olsa, neft qiymətlərində ciddi dəyişikliklər olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əslində ilk dəfə İrana qarşı sanksiyaların sərtləşdiriləcəyi ilə bağlı qərarın elan olunması neft qiymətlərinə təsir etmişdi:

“Bu qərar neftin qiymətini təqribən 6 dollara qədər qaldırdı. İran tərəfdən verilən açıqlamalardan sonra müəyyən sabitlik yarandı. Yəni artıq dünya birjaları bu xəbəri obrazlı desek, həzm edib. ABŞ-ın noyabrdan İrandan neft alan şirkətlərə və ölkələrə sanksiya tətbiq edəcəyi ilə bağlı qərarı da var. Noyabr ayında bu qərarın qüvvəyə minəcəyi gözlənilir. Bu, neft qiymətlərinə bir şərtlə təsir edə bilər ki, İranda hasilat kəskin azalsın. Amma həm Çin, həm də Rusiya tərəfindən bəyanatlar oldu ki, İran neftinin alınmasında problem olmayacaq. Hətta Çinin Dövlət Neft Şirkəti İranın bütün neft ehtiyatlarını, yəni nə qədər hasil edirsə, hamısını ala biləcək imkanında olduğunu açıqladı. Çinlə ABŞ arasında ticarət müharibələrinin qızışdığını nəzərə alsaq, Çinin Dövlət Neft Şirkəti İran tərəfdən hasil olunan neftin hamısını alsa, neft bazarı üçün heç bir problem yaranmayacaq. İran da hasil etdiyi nefti rahat sata biləcək”.

Ekspert vurğulayıb ki, bu, praktika artıq olub:

“İran uzun illərdir embarqo və sanksiyalar altında yaşayan ölkədir. Hətta 2011-ci ildə İrana neft-qazla bağlı daha sərt sanksiyalar tətbiq olunmuşdu. O vaxt da Çin İran neftinin təqribən 70%-ə yaxınını aldı. Çin və ABŞ-ın gərgin münasibətlərini nəzərə alsaq, ola bilər ki, bu sanksiyalara Çin qoşulmasın və İranın hasil etdiyi neftin böyük bir qismini alsın. Belə hallarda İran qiymətlərə diskault tətbiq edir. Yəni öz neftini dünya bazarında olan qiymətlərdən təqribən 3-5 dollar ucuz qiymətə satır. Bu da Çinə çox sərf edir. Çünki Çin dünyada ABŞ-dan sonra ən çox neft istehlak edən ölkədir. Bu proseslər baş versə, ABŞ-ın tətbiq etdiyi sanksiyaların ciddi təsiri olmayacaq və neft bazarından İran neftinin tamamilə çəkilməsi mümkünsüz hala gələcək”.

Tarix
2018.07.20 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla