Yuxarı

Xəzəryanı dövlətlərin gənc liderləri toplanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sentyabr ayının 26-da Həştərxanda Xəzəryanı dövlətlərinin gənc liderləri ilə birgə görüş keçiriləcək".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fuad Muradov sammit öncəsi keçiriləcək görüş barədə danışarkən deyib.

Fuad Muradov bildirib ki, bu görüş Xəzəryanı ölkələrin sentyabrın 29-da Həştərxanda keçiriləcək sammitdən öncə təşkil olunacaq:

"Sentyabrın 26-da bütün Xəzəryanı dövlətlərin gənc liderləri bir araya gələcək. Bu sammit öncəsi təşkil olunan bir görüşdür. Görüş sammit öncəsi gənc millət vəkilləri, diplomatlar və təşkilat üzvlərinin bir yerə toplaşaraq fikir mübadiləsi aparması baxımından əhəmiyyət daşıyır. Sentyabrın 29-da baş tutacaq sammitdə uzun müddətdir Xəzəryanı ölkələr tərəfindən irəli sürülən təkliflərin müzakirəsi gözlənilir. Xəzərin hüququ statusu ilə bağlı olan bu təkliflərin müqavilə və ya konvensiya formasında qüvvəyə minəcəyi ancaq sammit çərçivəsində məlum olacaq".

Xatırladaq ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 29-da Həştərxanda keçiriləcək IV Xəzər sammitində Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan dövlət başçıları ilə görüşəcək.

Tarix
2014.09.23 / 19:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla