Yuxarı

SOCAR Ukraynada loqotipini təqdim etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Ukraynada loqotipini təqdim etdi - Foto

Sentyabrın 23-də "SOCAR" yanacaq brendi Ukraynada yeni loqotipini təqdim edib. Loqotipin ilk təqdimatı bir gün əvvəl şirkətin Azərbaycan paytaxtındakı baş ofisində keçirilib.

Bu barədə AzərTAc-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.

Təqdimat "Ukraynanın yanacaq-energetika kompleksinin bu günü və gələcəyi" mövzusunda XII Beynəlxalq forumun işində SOCAR-ın iştirakı çərçivəsində keçirilib.

"SOCAR" loqotipinin yeni variantında ölkəmizin mədəniyyətində və tarixində mühüm yer tutan alov simvolu təcəssüm etdirilir. Loqotipdə Azərbaycanın milli bayrağının rəngləri vardır ki, bu da ölkənin beynəlxalq aləmdə təqdim olunması üçün mühüm amildir.

Azərbaycanda SOCAR-ın bütün müəssisə və bölmələrinin, habelə onun təmsil olunduğu ölkələrdə, o cümlədən Ukraynadakı neft şirkətinin yanacaqdoldurma komplekslərinin rebrendinqi ilboyu davam edəcəkdir.
Məlum olduğu kimi, SOCAR (State oil company of Azerbaijan Republic) ARDNŞ-ə məxsus brenddir. Ukraynada SOCAR-ı ARDNŞ-in törəmə şirkəti olan "SOCAR Enerji Ukraina" MMC təmsil edir. O, Kiyev, Odessa, Lvov, Nikolayev, Rovno, Çerkassı, Xmelnik və Poltava vilayətlərində artıq fəaliyyət göstərən premium yanacaqdoldurma kompleksləri şəbəkəsini inkişaf etdirir. Şirkət Polşa, Litva və Belarusun əsas neftayırma zavodlarından "Avro-5" eko-standartına uyğun neft məhsulları ixrac edir.

Hazırda Ukraynada "SOCAR" brendi ilə 39 yanacaqdoldurma kompleksi işləyir.

Tarix
2014.09.23 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla