Yuxarı

Yəhudilər İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudilər İlham Əliyevə təşəkkür etdi

Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında "Azərbaycan Prezidenti yəhudiləri Roş-Ha-Şana münasibətilə təbrik edib" sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə respublikanın yəhudi icmalarına təbrik məktubu göndərib.

Prezident İlham Əliyevin respublikanın yəhudi icmalarına məktubunda vurğulanır ki, Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Azərbaycan dövlətinin başçısı bildirib ki, Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Azərbaycan Respublikası Prezidentinin ölkənin yəhudi icmalarına ünvanlanan təbrik məktubu bu sözlərlə bitir:

"Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram".

Azərbaycanın dağ, aşkenazi və Gürcüstan yəhudiləri dini icmalarından YXA-ya bildiriblər:

"Bizi qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik etdiyinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdarıq. Prezidentimizin məktubundakı mehriban və səmimi sözlər Azərbaycan xalqları arasında sülh və həmrəyliyi dolğun əks etdirir. Qoy qarşıdan gələn 5775-ci il bütövlükdə Azərbaycan üçün, respublikamızın bütün xalqları və konfessiyaları üçün gözəl və uğurlu il olsun!"

Tarix
2014.09.24 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla