Yuxarı

Orxan Zeynalovun günahsız olması xəbəri yayılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Zeynalovun günahsız olması xəbəri yayılıb

Rusiya mediasında, əsasən də sosial mediada ötən gün baş verən cinayətlə bağlı yeni detallar yayımlanıb.

"Axar.az" Rusiyadan olan bloqçulara və internet yazarlarına istinadən xəbər verir ki, həmyerlimizə qarşı irəli sürülən cinayət işinin qurama olmasını təsdiq edən yetərincə detallar var.

Bu detallarda xüsusən vurğulanır ki, Orxan Zenalovun cinayətdə əli olmayıb və onu etirafa məcbur ediblər. Bütün oyunlar Rusiyanın hakimiyyətdaxili çəkişmələrinin nəticəsidir. Məqsəd isə, Moskva meriyasının Berelyova meyvə-tərəvəz bazasının ərazisini zəbt etmək olub.

Rusiyadan olan internet yazarları qeyd edir ki, burda bir neçə şübhəli nüanslar var. Bunların biri də Moskva merinin açıqlamasıdır:

"Dünən Moskva meri Sergey Sabayanin deyir ki, bazar Moskva ətrafı rayona köçürüləcək. Boşalmış ərazidə yeni infrastruktur yaradılacaq. Yeni layihənin bir neçə milyard qiyməti var. Bazarın köçürülməsi haqqında qərar verilən kimi, "çoxmilyardlı" layihə hazırlamağa necə imkan tapdılar görəsən?! Axı bu, qeyri-mümkündür!"

Rus bloqçuları daha maraqlı bir faktın üstünü açır:

"Bazaya hücum edənlər isə, FSB-nin provakatorları olublar, bunu rus millətciləri bir səslə deyir və Manej meydanında qarışıqlıq zamanı iştırak edən provakatorların eyni qaydada Berelyovada da işlədiyini şəkillərlə isbat edirlər. Bundan başqa,videolent quraşdırmadır və bununla bağlı ekspert rəyi var".

Tarix
2013.10.17 / 18:31
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla