Yuxarı

Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək. Xatırladaq ki, ötən prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə nitqi söyləmiş, hakim söz üçün sabiq deputata imkan yaratmışdı. Amma G.Əhmədova səhhətindəki problemləri əsas gətirərək, hələ çıxış üçün hazır olmadığını demişdi.

Bu gün saat 10.30-a təyin olunan prosesdə isə G.Əhmədovanın çıxış edəcəyi gözlənilir. Çıxışın ardınca sabiq deputata hökm oxunacağı da istisna deyil. Çünki G.Əhmədovanın işinə baxan hakim heyəti dekabrın 5-ə (həftənin cümə axşamına) NİDA-çıların məhkəməsini təyin edib. Bu isə onu göstərir ki, heyət həftənin bazar ertəsi və cümə axşamı gününə təyin etdiyi G.Əhmədova üzərində məhkəməni bazar ertəsi günündə yekunlaşdıracaq.

Daha öncəki prosesdə prokuror sabiq deputata 4 il iş istəmişdi. Bəzi ekspertlər bunu sabiq deputatın ittiham olunduğu maddələr üzrə minimal cəzadan da az cəza hesab edərək, bu gedişlə onun şərti azadlığa buraxılacağını istisna etməyib. Amma G.Əhmədovanın sağlıq durumu bu məsələdə xüsusi rol oynayacaq. Əgər sabiq deputat səhhətinin qaydasında olmadığını deyib, çıxışdan imtina etsə, qərarın verilməsi də uzana bilər.

Proses boyunca sabiq deputat istintaqa və Elşad Abdullayevə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. ABU-nun sabiq rektorunun gözləntilərindən fərqli olaraq, G.Əhmədova hakimiyyəti ifşa edən, onu tənqidə məruz qoyan hər hansı açıqlama, bəyanat verməyib.Onun son söz çıxışında da əvvəlki xəttindən fərqlənən hansısa nüansların olacağı gözlənilən deyil.

Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib ("Musavat").

Tarix
2013.12.02 / 08:53
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla