Yuxarı

Hər zaman Bakının yanındayıq - Mərzuq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Oqtay Əsədov bu səfərin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan Küveytlə münasibətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycanın və Küveytin dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Lakin iqtisadi sahədə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə işləmək lazımdır.

Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qənaətbəxş hesab edib.

Milli Məclisin sədri bildirib ki, Küveyt bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim deyib ki, Azərbaycan və Küveyt hər zaman bir-birinin yanındadır. Küveyt rəhbərliyi, parlamenti, hökuməti və xalqı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. O vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən sülh yolu ilə həllinin tərəfdarıdır.

Tarix
2018.09.21 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla