Yuxarı

İcra hakimiyyətinin rayondan xəbəri yoxdur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra hakimiyyətinin rayondan xəbəri yoxdur - Foto

"Bizim o yaralı atdan xəbərimiz yoxdur. Görməmişik atı. Bunun üçün bizə müraciət edən də olmayıb".

Bu barədə Axar.az-a Qobustan Rayon İcra Hakimiyyəti başçının köməkçisi Anar Əliyev iki gündür Qobustan rayonu ərazisində, Ceyrankeçməz körpüsünün yanında yaralı vəziyyətdə qalan at barədə yayılan xəbərə münasibət bildirərkən dedi. A.Əliyev qeyd etdi ki, bu məsələ ilə icra hakimiyyətinin aidiyyəti qurumu mışğul olur:

"Bu işlə məşğul olan xanım hələ işə gəlməyib (Biz saat 09:30-da əlaqə saxlamışdıq – red.) Bir az sonra əlaqə saxlayıb dəqiqləşdirərsiniz".

Qeyd edək ki, Bakı-Şamaxı şossesinin 80-ci kilometrliyində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında yol kənarında olan atı maşın vuraraq qaçıb. Atın ön ayaqları sınıb və iki gündür ki, sözügedən ərazidə yaralı vəziyyətdə qalıb. Atın ayaqları sındığından yerindən tərpənə bilmir. Sakinlər bunun üçün bir neçə yerə müraciət etsələr də, bir tədbir görən yoxdur.

Tarix
2014.10.03 / 11:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla