Yuxarı

İşdən çıxarılan icra başçısı biznesinin başında - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibov hazırda tikinti sexinə rəhbərlik edir. İcra hakimi olduğu dövrdə müəssisəni oğluna həvalə edən R.Həbibov məlum hadisələrdən sonra biznes fəaliyyətini özü davam etdirir.

Axar.az-a özəl mənbədən daxil olan xəbərdə deyilir ki, başçıya vəzifə verilməsi barədə xəbərlər doğru deyil:
"Rauf Həbibova Nəqliyyat Nazirliyində iş verildiyi barədə yayılan məlumatın əsası yoxdur. Hazırda Həbibov biznesini idarə edir. Onun oğlu başçı olduğu vaxt Londona tez-tez gedib-gələrdi. İndi Bakıdadır və atası ilə birlikdə işləyir".

Əslən lənkəranlı olan R.Həbibov Qubadakı hadisələrdən sonra ictimai həyatdan tamamilə geri çəkilib, hətta bu günə kimi qohumları ilə əlaqə saxlamır.

Qeyd edək ki, Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2012-ci il mart ayının 1-də Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.

2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Tarix
2014.10.07 / 10:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla