Yuxarı

İlham Əliyev: “Baş verən hadisələr bizi narahat edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir".

Bunu oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.

APA-nın məlumatına görə, dövlət başçısı çıxışında MDB-nin potensialının tükənmədiyini qeyd edib: "Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik. Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq. İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk"

Azərbaycan prezidenti MDB sərhədləri yaxınlığında baş verən hadisələrə toxunarkən deyib: "Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır. Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik".

Dövlət başçısı vurğulayıb ki, MDB məkanında çox yaxşı imkanlar var və onların bir hissəsi artıq reallaşıb: "Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə, kifayət qədər enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində daha böyük məsuliyyət düşür".

Azərbaycan prezidenti humanitar əməkdaşlığa böyük əhəmiyyət verildiyini də qeyd edib: "Fikrimcə, bu, hər halda bizim təşkilatın həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin Forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır. Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə yoludur. Dünya ölkələrinin mütləq əksəriyyəti çoxkonfessiyalı, çoxlu millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkə, hər bir ölkənin milli həmrəyliyi, habelə bizim əməkdaşlığımız üçün vacibdir. Çünki bizim təşkilat çərçivəsində tarixləri, mədəniyyətləri, dinləri müxtəlif olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir.Digər tərəfdən MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübə bütövlükdə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün də faydalı ola bilər. Başqa sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik".

Tarix
2014.10.10 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla